Şəmkirdə avtomobil azyaşlını vurub öldürüb

17:39 - 29 Oktyabr 2018 - HADİSƏ

Şəmkir rayonunun Çinarlı qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən verilən məlumata görə, oktyabrın 28-də saat 13 radələrində Şəmkir rayonunun Çinarlı qəsəbəsi ərazisində Abbaslı kənd sakini İbrahim Bədirov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən qəsəbə sakini, azyaşlı Zəhra Həsənovanı vurub və nətəcədə uşaq hadisə yerində ölüb.

Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.

Xəbər xətti