Ana səhifə
15 Noyabr 2018

Azay Quliyev: “Frankofoniya sammitinin Ermənistanda keçiriməsi paradoks və ziddiyyətlərlə doludur"

Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyevin 11-12 oktyabr tarixlərdə İrəvanda keçirilmiş 17-ci Frankofoniya sammiti ilə bağlı müsahibəsi:

- Azay müəllim, məlum olduğu kimi, 11-12 oktyabr tarixlərdə İrəvanda 17-ci Frankofoniya sammiti keçirildi. Bu tədbirin mahiyyəti haqqında nə deyə bilərsiniz?

- İqtisadi və siyasi böhran vəziyyətində olan işğalçı Ermənistan ciddi bir beynəlxalq tədbirə ev sahibliyi etmək imkanına malik olmadığından mövzusundan və əhəmiyyətindən asılı olmayaraq orada keçirilən istənilən tədbiri özünün bəsit təbliğatı və işğalçı mahiyyətini ört-basdır etmək məqsədilə istifadə edəcəyi, belə tədbirləri ucuz siyasi şouya çevirəcəyi heç kim üçün gözlənilməz deyildi. Ona görə də bu cür tədbirlər bir qrup insanın yemək-içmək, şənlik qurmaq və oynamaq kimi məişət xarakterli davranışlardan başqa heç nə ilə yadda qalmır.

Ermənistanda keçirilən Frankofoniya sammiti də bu baxımdan istisna olmadı. Tədbir nə mahiyyət, nə də beynəlxalq mötəbərlik nöqteyi-nəzərindən ciddi əhəmiyyət kəsb etmədi. Toplantının əhəmiyyətini heçə endirən təkcə onun Ermənistanda keçirilməsi deyildi, eyni zamanda uzun müddət təşkilata rəhbərlik etmiş Mişel Janın beynəlxalq aləmdə bir baş katibin öz təşkilatı haqqında presedenti olmayan açıqlaması - Frankofoniya təşkilatını "ölü təşkilat" adlandırması idi. Düşünün ki, bir təşkilatın baş katibi rəhbərik etdiyi qurumu "ölü təşkilat", yəni əhəmiyyətsiz və mənasız bir qurum adlandırır. Məncə, artıq şərhə ehtiyac yoxdur, baş katibin bir cümləlik "tvitter" açıqlamasını Ermənistanda keçirilən Frankofoniya sammitinə mahiyyəti üzrə verilmiş ən dəqiq və doğru qiymət kimi qəbul etmək olar.

O zaman sual oluna bilər ki, belə bir mənasız tədbirə niyə biz diqqət ayırmağı lazım bilirik. Cavab sadədir. Ona görə ki, Ermənistan bu tədbirdən istifadə edərək dünya ictimaiyyətini aldatmağa, münaqişə ilə bağlı yalan və saxta məlumatlar verməyə cəhd etdi. Şübhəsiz ki, belə cəhdlər və addımlar cavabsız qalmamalıdır və qalmır da.

- Sizin fikrinizcə, Ermənistanın bu tədbirdən gözləntiləri nədən ibarət idi və o, qoyduğu məqsədlərə nail ola bildimi?
- Əlbəttə ki, yox. Ermənistan belə tədbirlərə ev sahibliyi etməklə bir neçə məqsəd güdür. Bunlardan bəzilərini qeyd etmək istərdim. İlk növbədə, Ermənistan bu kimi tədbirlərin köməyi ilə "özünütəcrid" vəziyyətindən çıxmağa çalışır, xarici ölkələrdən ianə və yardım toplamağa çalışır. Digər tərəfdən, özünün riyakar və saxta mahiyyətindən çıxış edərək Azərbaycana qarşı davam etdirdiyi işğalçılıq siyasətinə don geyindirməyə və ona haqq qazandırmağa cəhd edir və beləliklə, Dağlıq Qarabağ münaqişəsini öz xeyrinə həll etmək üçün beynəlxalq dəstəyə nail olmağa səy göstərir. Tədbir çərçivəsində Dağlıq Qarabağ bölgəsinin Ermənistan pavilyonu nəzdində təqdim edilməsi də məhz Ermənistanın bu xislətindən irəli gəlirdi. Nəhayət, Ermənistan bu tədbirə ev sahibliyi etməklə özünün bəşəri dəyərlərə guya hörmət etdiyini və bu dəyərlərə sadiq olduğunu nümayiş etdirməyə çalışır.

Baxın, Ermənistan həmişəki kimi yenə də nə qədər riyakar və ikiüzlü davrandı. Ancaq bu dəfə də Ermənistanın bütün cəhdləri iflasa uğradı və heç bir nəticə əldə edə bilmədi, edə də bilməz. Ən azı ona görə ki, orada iştirak edən ölkələrin, demək olar, hamısı Ermənistanın əsl iç üzünü və işğalçı mahiyyətini çox yaxşı bilirlər. Təşkilata üzv olan 58 və müşahidəçi statusuna malik 26 ölkənin böyük əksəriyyəti müxtəlif beynəlxalq təşkilatlarda Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib, Dağlıq Qarabağı və ətraf 7 rayonu Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi qəbul edib və bu ərazilərin işğaldan azad olunması üçün Ermənistana ünvanlanan müraciətlərə və qətnamələrə səs veriblər, imza atıblar.

Hətta fikir verdinizsə, Paşinyan Fransa Prezdenti Emmanuel Makronu və Kanadanın Baş naziri Castin Tridönü müəyyən təxribatlara çəkməyə və Dağlıq Qarabağla bağlı açıq dəstək almağa cəhd etdi, lakin adıçəkilən şəxslərin heç biri buna getmədi, Azərbaycanla münasibətəri korlamaq istəmədi və hətta münaqişə ilə bağlı hər hansı bir açıqlama belə vermədilər. Bu isə Ermənistanın bütün canfəşanlığının fiaskosu idi. Paşinyan üçün bəlkə də ən böyük təsəlli hər iki şəxsin ermənilərin bizdən oğurladığı musiqi sədaları altında bir neçə dəqiqəlik rəqs etməsi oldu.

- Ümumiyyətlə, Frankofoniya sammitinin Ermənistanda keçirilməsinə münasibətiniz necədir və bunu necə şərh edərdiniz?
- Məlum olduğu kimi, Frankofoniya sammitinin əsas məqsədlərindən biri humanizm prinsiplərinin, sülh və əmin-amanlığın, insan hüquq və azadlıqlarının dünyada təbliğ edilməsidir. Bu baxımdan Frankofoniya sammitinin Ermənistanda keçiriməsi faktının özü çoxlu sayda paradoks və ziddiyyətlərlə doludur.
Dünyada monoetnik və irqçi dövlət kimi tanınan, bütün qeyri millətləri, xüsusilə, azərbaycanlıları deportasiya edən, ölkəmizin 20 faiz ərazisini işğal edən, 1 milyon 200 min vətəndaşımızı qaçqın və məcburi köçkünə çevirən, soydaşlarımıza qarşı etnik təmizləmə siyasəti həyata keçirən, bəşəriyyət və insanlıq əleyhinə çoxsaylı cinayətlərdə suçlanan və ən nəhayət, Xocalı soyqırımı kimi 20-ci əsrin ən dəhşətli soyqırımı cinayətini törədən Ermənistanda humanizmi, sülhü və insan haqlarını təbliğ edən Frankofoniya sammitinin keçirilməsi həqiqətən də bəşəri dəyərlər adına bir ləkədir və təhqirdir.

Ona görə də "Erməni Frankofoniyası" təkcə yuxarıda qeyd etdiyim bəşəri dəyərlərin aşağılanması və ironiyası kimi deyil, həm də çağdaş beynəlxalq münasibətlər sistemi və insan hüquq və azadlıqlarına hörmət baxımından bir nonsensdir.
Yekun olaraq bir daha baş katib Mişel Janın Frankofoniya təşkilatı haqqında dediyi tarixi sözü xatırladaraq bildirmək istəyirəm ki, "ölü təşkilat"ların ümidinə qalan Ermənistan heç vaxt bu "ölülər"in hesabına nə zədələnmiş beynəlxalq imicinin düzəldilməsinə, nə düşdüyü "özünütəcriddən" çıxmağa, nə də Azərbaycanın əraziləri üzərində həyata keçirdiyi işğalçılıq siyasətini qanuniləşdirməyə nail ola bilməyəcək. trend

Tarix
14 Oktyabr 2018 [18:01]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin