Ağsunun üç kəndinə təbii qaz verilib

15:44 - 9 Oktyabr 2018 - ÖLKƏ İÇİ

Oktyabrın 9-da SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Ağsu rayonunun Gürcüvan, Hinqar və Nüydü kəndlərinə təbii qazın verilib.

Ucnoqta.az xəbər verir ki, bu məqsədlə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 306 fərdi evdən ibarət olan kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 22 580 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı eləcə də paylayıcı qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

“Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır”,- məlumatda qeyd edilib.

Xəbər xətti