Yevlaxda avtomobil su kanalına aşıb, xəsarət alanlar var

14:34 - 15 Avqust 2018 - HADİSƏ

Yevlax rayonunda yol qəzası baş verib. 

hadisə Mingəçevir-Xaldan avtomobil yolunun 7-ci kilometrliyində, Əkşəm kəndi yaxınlığında qeydə alınıb. Belə ki, "Opel" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı su kanalına düşüb. Nəticədə üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. 

Faktla bağlı araşdırma aparılır.report

Xəbər xətti