Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini təyin edilib

17:16 - 16 İyul 2018 - Xəbər

Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini təyin edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Trend-ə Səbail Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov deyib.

O təsdiq edib ki, E.Əzizov birinci müavin təyin edilib: "Eldar Əzizov birinci müavin təyin edilib və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini icra edir".

Qeyd edək ki, E.Əzizov bundan əvvəl Səbail Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Xəbər xətti