Goranboyda traktor aşıb

11:00 - 14 İyul 2018 - HADİSƏ

Goranboyda traktor qəzası baş verib. Ucnoqta.az xəbər verir ki, FHN-dən verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Goranboy rayonunun Qurbanzadə kəndində “Belarus” markalı traktor aşmışdır. Hadisə yerinə cəlb olunmuş Aran Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri və Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasedicilərinin birgə əməliyyatı nəticəsində sıxılmış vəziyyətdə qalmış sürücü nəqliyyat vasitəsindən çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir.

Xəbər xətti