Ana səhifə
20 Noyabr 2018

Azərbaycan İrana elektrik enerjisinin ixracına başlayıb

Azərbaycan İrana elektrik enerjisinin ixracına başlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Trend-ə “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı məlumat verib.

O qeyd edib ki, cari il aprelin 12-də Azərbaycan nümayəndə heyətinin İrana səfəri çərçivəsində İranın Energetika Nazirliyində keçirilən görüşdə iki ölkə arasında elektrik enerjisinin alqı-satqısının təmin olunması, Azərbaycan-İran-Rusiya enerji sistemlərinin birgə fəaliyyətinin tənzimlənməsi və üçüncü ölkəyə elektrik enerjisinin tranziti məsələləri müzakirə edilib. Bu çərçivədə, “Azərenerji” ASC şirkəti ilə İranın Enerjinin İstehsalı, Ötürülməsi və Paylanmasını İdarəetmə Şirkəti “TAVANIR” arasında elektrik enerjisinin alqı-satqısı üzrə müqavilə imzalanıb. Sənədi “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev və “TAVANIR” şirkətinin idarə heyətinin sədri Araş Kordi imzalayıb.

Müqaviləyə əsasən, iyunun 1-dən etibarən “Azərenerji” ASC tərəfindən təcrid olunmuş ada rejimində pik gücü 80 meqavat olmaqla, İranın Muğan və Astara bölgələrinə elektrik enerjisinin ixracına başlanılıb. Gələcəkdə bu rəqəmin artacağı istisna deyil. Çünki müqavilədə 180 meqavat generasiya gücünün ixracı barədə razılığa gəlinib.

Tarix
4 İyun 2018 [18:14]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin