Ana səhifə
19 Sentyabr 2018

"CinemaPlus"da “Deadpool 2" filminin premyera öncəsi nümayişi olub

Gənclik Mall TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında fantastika, savaş, komediya, macəra janrında olan “Deadpool 2" filminin premyera öncəsi nümayişi keçirilib.

“CinemaPlus”da Ucnoqta.az-a verilən məlumata görə, filmin rejissoru Devid Litçdir. Nümayişdə tanınmış ekran əsərində baş rolları məşhur ulduzlar Ryan Reynolds, Morena Baccarin, Brianna Hildebrand, Josh Brolin ifa edirlər.
Filmin süjet xəttinə görə, ölümcül iri mal-qara diareyası virusundan sağ çıxan, eybəcərləşmiş şef-aşpaz Meyberinin ən qaynar barmeni olmaq uğrunda mübarizə aparır. Paralel olaraq dad hissini itirmənin öhdəsindən gəlməyi öyrənir. Onu həyata və vaxt axını kondensatorunu qaytarmağa çalışan Uayd ninja, yakudza və bir sürü seksual aqressiv itlərlə mübarizə aparmalıdır.
Film mayın 17-dən etibarən "CinemaPlus" kinoteatrlar şəbəkəsində nümayiş olunacaq.

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır.

Tarix
17 May 2018 [17:04]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin