ABŞ Qüdsdə səfirliyini açdı

17:37 - 14 May 2018 - DÜNYA

 

Qüdsdə ABŞ-ın səfirliyinin açılış mərasimi keçirilir.

Səfirliyin açılış mərasimində ABŞ prezidenti Donald Tramp iştirak etməsə də, təbrik məktubunu tədbir iştirakçılarına göndərib.

İsrailin baş naziri Benyamin Netanyahu isə ABŞ-ın Qüdsdə səfirlik açmaq qərarını doğru adlandırıb və amerikalı liderə dəstəyə görə minnətdarlığını ifadə edib.

Qeyd edək ki, ötən ilin dekabr ayında ABŞ prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıyaraq ölkənin Təl-Əvivdəki səfriliyinin Qüdsə köçürülməsi barədə qərar vermişdi.

Xəbər xətti