Sumqayıtda batdığı güman edilən 2 nəfərin axtarışlarına helikopter cəlb olundu

10:56 - 23 Aprel 2018 - Xəbər

Axtarışlara nazirliyin aviasiya dəstəsinin “Mi-17” markalı helikopteri cəlb olunub

18 aprel 2018-ci il tarixində Sumqayıt şəhəri ərazisindən dənizə çıxdığı ehtimal edilən 2 nəfərin, 2003-cü il təvəllüdlü Cəbiyev Adil Müşviq oğlu və 2001-ci il təvəllüdlü Nəzərov Nüsrət Nəzər oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən davam etdirilir.

Ucnoqta.az FHN-ə istinadən xəbər verir ki, bu gün səhər saatlarından etibarən axtarışlara nazirliyin aviasiya dəstəsinin “Mi-17” markalı helikopteri cəlb olunub.

Axtarış işləri barədə əlavə məlumat veriləcək.

Xəbər xətti