Sabaha olan hava proqnozu- yağış yağacaq

12:38 - 19 Aprel 2018 - Xəbər

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti aprelin 20-də ölkə ərazisində gözlənilən hava məlumatını açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Səhər zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək, gündüz şimal-qərb küləyi ilə əvəzlənəcək, arabir güclənəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 7-10, gündüz 14-18,  Bakıda gecə 8-10, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət  70-80 faiz təşkil edəcək.

Azərbaycanın qərb rayonlarından başlayaraq, şimşək çaxacağı, arabir yağış yağacağı,  ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10, gündüz 18-23, dağlarda gecə 0-5, gündüz 6-9 dərəcə isti olacağı gözlənilir. 

Xəbər xətti