Sabiq prezident 24 il həbs cəzasına məhkum edilib

18:23 - 6 Aprel 2018 - DÜNYA

Koreya Respublikasının sabiq prezidenti Pak Kın He 18 ittiham maddəsi ilə 24 il müddətinə həbs cəzasına məhkum edilib.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Məhkəmə Pak Kın Heyə qarşı irəli sürülən ittihamların çoxunu qüvvədə saxlayıb.

Qeyd edək ki, o, dövlət sirlərini açıqlamaq, pul tələb etməkdə, rüşvət almaqda, eləcə də vəzifəsindən sui-istifadə etməkdə təqsirkar bilinib.

Xəbər xətti