"Qarabağ" Türkiyədə mükafat qazandı

23:54 - 4 Aprel 2018 - İDMAN

Türkiyədə “Milliyet” qəzetinin keçirdiyi “İlin idman mükafatları-2017” mükafatının təqdimetmə mərasimi keçirilib.  "Qarabağ" "Jüri" xüsusi mükafatı ilə təltif edilib. Mükafatı klubun vitse-prezidenti Tahir Gözələ Türkiyə milli komandasının baş məşqçisi Mirça Luçesku təqdim edib. Qeyd edək ki, “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl, klubun direktoru Əmrah Çəlikəl və baş məşqçi Qurban Qurbanov da tədbirdə iştirak ediblər.

Xəbər xətti