XİN: Azərbaycana səfər edən İran vətəndaşlarına giriş vizaları hava limanlarında rəsmiləşdirilir

14:40 - 19 Mart 2018 - Xəbər

Martın 15-dən etibarən Azərbaycana səfər edən İran vətəndaşlarına giriş vizaları Azərbaycan Respublikasının beynəlxalq statuslu hava limanlarında rəsmiləşdirilir.

Ucnoqta.az xəbər verir ki, bu barədə APA-ya XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib. "Bu qərarın dost və qonşu ölkələr olan Azərbaycan və İran arasında humanitar, iqtisadi-ticarət əlaqələrinin daha da inkişafına və insanlararası təmasların artmasına əsaslı töhfə verəcəyinə ümidvarıq", - deyə o bildirib.

Xəbər xətti