Ana səhifə
21 Noyabr 2018

Barak Obama ABŞ televiziyasında şou aparacaq

 ABŞ-ın sabiq prezidenti Barak Obama ölkənin "Netflix" telekanalı ilə şouların çəkilişində iştirakı ilə bağlı danışıqlar aparır.

"Ucnoqta.az" "Report"a istinadən xəbər verir ki, "The New York Times" qəzeti danışıqların artıq başa çatmaq üzrə olduğunu və "Netflix" telekanalının Barak Obama və həyat yoldaşı Mişelə eksklüziv kontent üçün yüksək məbləğ ödəməyə hazır olduğunu yazıb. Müqavilədə nəzərdə tutulan məbləğ açıqlanmır.

Nəşrin məlumatına görə, B.Obama bu layihə çərçivəsində Prezident Donald Trampın ona qarşı hücumlarına şərh verməyi yox, bunun əvəzində geniş auditoriya cəlb edə biləcək mövzulara diqqət yetirməyi planlaşdırır.

Həmçinin sabiq dövlət başçısını səhiyyə, seçici hüququ, xarici siyasət, immiqrasiya, qlobal istiləşmə problemlərinə həsr olunan şou proqramda müzakirələrin moderatoru etmək variantı da müzakirə olunur. 

Tarix
9 Mart 2018 [22:38]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin