Ana səhifə
24 Sentyabr 2018

Çempionlar Liqasına düşmədiyi üçün “Arsenal” klubunun gəliri 62 faiz azalıb

Çempionlar Liqasına düşmədiyi üçün İngiltərənin “Arsenal” klubunun əməliyyat gəliri 62 faiz azalıb.

"Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, bu barədə London təmsilçisinin 2017/2018 mövsümünün ilk yarısı üçün açıqladığı maliyyə hesabatında bildirilir. Bir il əvvəl 54,4 milyon funt sterlinq gəlir götürən "topçular"ın hazırkı mənfəəti 20,7 milyon təşkil edib.

Əmək haqqı ödənişlərində isə 13,2 milyonluq artım qeydə alınıb. Vergiləri çıxdıqdan sonra klubun xalis gəlirində də artım var. Londonluların qazancı 12,6 milyon funt sterlinqdən 25,1 milyona yüksəlib. Buna “Arsenal”ın bəzi futbolçularını satması səbəb olub.

Qeyd edək ki, hesabatda Pyer-Emerik Obameyanqın bu il yanvarın 31-də Almaniyanın “Borussiya” (Dortmund) klubundan 63,75 milyon avroya transfer olunması nəzərə alınmayıb.

Tarix
3 Mart 2018 [01:35]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin