ABŞ Rusiyanı ittiham edib

18:10 - 2 Mart 2018 - DÜNYA

Rusiya  beynəlxalq müqavilələri pozur.
 
"Ucnoqta.az"-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidenti Vladimir Putinin bəyanatlarını şərh edən ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi  Xezer Nauert bildirib.
 
“Prezident Putin ABŞ hökumətinin çoxdan bildiyi, lakin Rusiyanın inkar etdiyi faktı təsdiqlədi. Rusiya üzərinə götürdüyü beynəlxalq öhdəlikləri birbaşa pozaraq, gərginlik yaradacaq silah sistemlərini 10 ildən çoxdur ki istehsal edir”, - deyə X.Nauert qeyd edib.   

Xəbər xətti