Ana səhifə
21 Sentyabr 2018

ABŞ-dan şok Türkiyə və Afrin açıqlaması

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Cozef Votel Nümayəndələr Palatasının Silahlı Xidmətlər Komitəsi terrorizm və İranla bağlı açıqlama verib. Suriyadakı hadisələri də dəyərləndirən general Votelə Türkiyə mövzusunda da suallar verilib.

"Ucnoqta.az" “Ölkə.Az”a istinadən xəbər verir ki, Suriyada YPG-yə və digər ünsürlərə dəstək mövzusunda verilən bir suala Votel bu cür cavab verib:
 

“Kürd ortaqlarımızın da tərkibində olduğu Suriya Demokratik Qüvvələri İŞİD-ə qarşı ən təsirli gücdür. Bu müharibəni tamamlamaq üçün onlara ehtiyacımız var. Prinsipcə, ilk olaraq bu işi həll etməliyik. Digər tərəfdən, Türkiyənin qayğılarını da nəzərə almaq məcburiyyətindəyik. Ona görə də, bu prosesdə Türkiyəyə qarşı mükün qədər açıq və şəffaf olmağa davam edəcəyik”.
 

Votel onu da qeyd edib ki, rəsmi Vaşinqton və Ankara arasında yaşanan gərginliyin əsas səbəbi Türkiyənin terror təşkilatı PKK ilə YPG arasında heç bir ayrı-seçkilik etməməsidir.

Tarix
28 Fevral 2018 [11:06]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin