Makron ABŞ-a səfər edəcək

18:28 - 27 Fevral 2018 - SİYASƏT

Fransa prezidenti Emmanuel Makron aprel ayının 24-ü Vaşinqtona dövlət səfəri edəcək.
 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, bunu Ağ Evin mətbuat katibi Sara Sandes jurnalistlərə bildirib.
 

S.Sanders deyib: "ABŞ prezidenti və xanımı aprelin 24-ü Ağ Evdə Fransa prezidenti Emmanuel Makronu və xanımnı qəbul edəcəklər. Bu səfər iqtisadi və qlobal məsələlər üzrə Amerika və Fransa arasında əməkdaşlığın inkişafına, ölkələrimiz arasında dostluğun möhkəmləndirilməsinə kömək edəcək".

Xəbər xətti