Ana səhifə
15 Noyabr 2018

ABŞ konqresmenindən Xocalıya dair - BƏYANAT

ABŞ-ın Nyu Cersi ştatını təmsil edən demokrat Konqres üzvü Donald Peyn 20 Yanvar və Xocalı faciələrinin ildönümü ilə bağlı bəyanatla çıxış edərək bu faciələrdə həyatını itirmiş insanların xatirəsini yad edib. 
 
"Ucnoqta.az" Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən xəbərə istinadən bildirir ki, ABŞ Konqres üzvü Peyn bəyanatında 1991-ci ildə müstəqilliyini bəyan edən Azərbaycanın paytaxtı Bakı şəhərinə Sovet hökumətinin 1990-cı ilin 20 yanvar tarixində qoşun yeridərək çoxsaylı insanın həyatına son qoyduğunu vurğulayıb.
 
Konqres üzvü həmçinin Xocalıda həlak olmuş insanların xatirəsini yad edərək, həyatını itirmiş şəxslərin xatirəsinin əbədiləşdirilməli olduğunu qeyd edib.  
 
Konqres üzvü sonda planetimizdə azadlıq uğrunda müharibələrdə həlak olmuş bütün insanların ABŞ Konqresi tərəfindən ehtiramla yad edilməli olduğunu vurğulayıb.  

Tarix
23 Fevral 2018 [17:50]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin