Ana səhifə
14 Noyabr 2018

“10 gömrük işçisi cinayət məsuliyyətinə cəlb edilib” - Aydın Əliyev açıqladı

Bu gün Dövlət Gömrük Komitəsində 2017-ci ilin yekunlarına dair hesabat konfransı keçirilib.


"Ucnoqta.az" "Qafqazinfo"ya istinadən xəbər verir ki, tədbirdə komitə sədri Aydın Əliyev, onun birinci müavini Səfər Mehdiyev, Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzov, komitənin Daxili Təhlükəsizlik İdarəsinin rəisi Fuad Qasımov, Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi İqbal Babayev iştirak edib. 
 

Aydın Əliyev çıxış edərək bildirib ki, ötən il uğurlarla başa vurulsa da,  az da olsa problemlərlə rastlaşıblar: "Ticarət dövriyyəmiz 20 milyarddan çox olub, 13 milyard idxal, 8 milyard ixrac olub. Azərbaycana investisiya yönümlü avadanlıqların gətirilməsinin artması idxalın artmasına əsas səbəbdir. Büdcə proqnozu 16 faiz artıq yerinə yetirilib,  2 milyard 608 milyon manat büdcəyə köçürülüb. 
 

Komitə əməkdaşları tərəfindən qanunsuz halların qarşısı alınıb.  350-dən çox cinayət işi məhkəməyə göndərilib. 2770 tondan artıq narkotik vasitə dövriyyədən çıxarılıb. Bunun 100 kiloqramdan artığı heroin olub. Valyuta ehtiyatlarının qanunsuz olaraq ölkədən çıxarılması ilə bağlı 50 mindən çox avro,  1 milyondan artıq dollar və 1,2 milyon dollar dəyərində qızıl zinət əşyalarının qarşısı alınıb. 25 şirkətə "yaşıl dəhliz" icazəsi verilib. 

 

Prezident yanında Apellyasiya Şurasında gömrüklə bağlı heç bir şikayətə baxılmayıb. Bu da sevindirici haldır. 2016-ci ildə komitəyə 2300 şikayət daxil olmuşdusa, ötən cəmi 700 şikayət okub. Bunun da 95 faizi fiziki şəxslərin aksiz malların daşınması ilə bağlı olub. Həmin şikayətçilərə də qanunvericilik izah edilib. 

 

Qayda pozuntularına görə 334 nəfər gömrük əməkdaşı intizam məsuliyyətinə cəlb edilib.  Prokurorluq orqanları tərəfindən 10  əməkdaşımız cinayət məsuliyyətinə cəlb edilib, 7 əməkdaş barəsində isə komitənin öz istintaq idarəsində araşdırma aparılıb".

Tarix
19 Yanvar 2018 [11:03]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin