Ana səhifə
20 Avqust 2018

"Neftçi"nin keçmiş futbolçusu Moldova klubuna baş məşqçi təyin olunub

"Neftçi" və "Bakı" klublarının sabiq futbolçusu Vadim Borets Moldova "Spikul"unun məşqçilər heyətinə daxil olub.

"Ucnoqta.az" "Report"a istinadən bildirir ki, 42 yaşlı mütəxəssis vaxtilə Azərbaycanda çıxış etmiş Denis Kalinkov, Aleksey Savinov və qapıçılarla iş üzrə məşqçi Aleksandr Kirilovla birgə çalışacaq.

Bununla belə, sənəd üzərində baş məşqçi postunu məhz Borets tutacaq.

Mövsümün yekunlarına əsasən, "Spikul" Moldovanın Milli Diviziyasını tərk edib. Lakin klub rəsmən bəyan edib ki, "Viktoriya" elitaya vəsiqədən imtina etsə, onu əvəzləməyə hazırdır.

Qeyd edək ki, Vadim Borets 2005 - 2008-ci illərdə "Neftçi"də, 2008 - 2012-ci illərdə "Bakı"da yarımmüdafiəçi mövqeyində çıxış edib. Borets paytaxtın eyniadlı təmsilçisində forma geyindiyi vaxt müdafiəçi Aleksey Savinov onun komanda yoldaşı olub. Sabiq hücumçu Denis Kalinkov isə 2009-2010 mövsümündə "Xəzər Lənkəran" formasını geyinib.   

Tarix
8 Yanvar 2018 [20:37]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin