Kataloniya parlamentinə seçkilər başladı

17:12 - 21 Dekabr 2017 - DÜNYA

Kataloniyada növbədənkənar parlament seçkilərinə start verilib.


Ucnoqta.az "Ölkə.Az"a istinadən xəbər verir ki, İspaniya vaxtı ilə saat 09:00 (Bakı vaxtı ilə 12:00) radələrində 2680 seçki məntəqəsi açılıb. Məntəqələr 20:00-a qədər fəaliyyət göstərəcək.
 

Kataloniyada 5.55 milyon seçici var. Onlardan 226 mini xarici ölkələrdə yaşayır. Keçirilən sorğulara əsasən, bu seçkilərdə rekorda imza atılacaq. Seçici aktivliyi 80%-i ötə bilər.
 

Kataloniyalılar 135 deputat seçməlidirlər. Onlardan 85-i Barselonadan, 17-i Jirondan, Lerid və Tarraqondan isə 18 deputat olacaq.

Xəbər xətti