Ana səhifə
23 Aprel 2018

Kiyevdə Saakaşvili tərəfdarlarının aksiyası başlayıb

Bu gün Kiyevin mərkəzində Gürcüstanın sabiq prezidenti, Yeni Qüvvələr Hərəkatı Partiyasının lideri Mixeil Saakaşvilinin tərəfdarlarının yürüşü başlayıb.
 

Ucnoqta.az APA-ya istinadən verdiyi məlumata görə, M. Saakaşvili həyat yoldaşı və oğlu ilə birlikdə aksiyada iştirak edir.

 

Ukrayna prezidentinin impiçmenti haqqında qanunun qəbul olunmasını tələb edən aksiya iştirakçıları Taras Şevçenko parkından Azadlıq (Maydan) meydanına doğru hərəkət edirlər. Aksiya ilə əlaqədar Kiyevin mərkəzində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılıb. Aksiya iştirakçıları "İstefa!", "Cinayətkar dəstə rədd olsun!" və "İmpiçment!" şüarları səsləndirirlər. 

 

Qeyd edək ki, bu gün M. Saakaşvili Ukrayna prezidenti Petro Poroşenkoya barışıq məktubu göndərdiyi barədə xəbərləri də təkzib edib.

Tarix
17 Dekabr 2017 [18:35]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ