ABŞ-da meşə yanğınları — 200 min sakin Los-Ancelesdən qaçdı

17:38 - 8 Dekabr 2017 - DÜNYA

Kaliforniya ştatında söndürülməsi mümkün olmayan meşə yanğınları davam edir.

Ucnoqta.az "Ölkə.Az"a istinadən  xəbər verir ki, yüzlərlə ev yanaraq kül olub. Güclü külək isə yanğın riskini daha da artırır. Los-Anceles şəhərinə qədər sıçrayan yanğın səbəbindən 200 min sakin təxliyə edilib. Los-Anceles bələdiyyəsinin sədri Erik Qarsetti deyib: "Heç kəs vaxtından əvvəl evlərinə qayıtmayacaq və buna icazə verməyəcəyik".
 

Rəsmi qurumlar yanğın nəticəsində ən azı 430 evin yandığını, bir çox heyvanın tələf olduğunu bildirir.


Xəbər xətti