Tramp Mahmud Abbası Ağ Evə dəvət etdi

13:16 - 8 Dekabr 2017 - DÜNYA

ABŞ Prezidenti Donald Tramp Fələstinin rəhbəri Mahmud Abbası Ağ Evə dəvət edib.
 

Ucnoqta.az Trend-ə istinadən bildirir ki, D.Tramp Fəsləstin rəhbərinə dəvətini telefon danışığı zamanı səsləndirib.

Hələlik görüşün baş tutub-tutmayacağı barədə məlumat verilməyib.
 

Eyni zamanda ABŞ-ın vitse-prezidenti Maykl Pensin Fələstinə səfəri baş tutmayıb. Fələstin rəhbərliyi M.Pensi qəbul etməkdən imtina edib.

Qeyd edək ki, yaxın günlərdə ABŞ vitse-prezidentinin İsrailə səfəri gözlənilir.

Xəbər xətti