Ana səhifə
17 Yanvar 2018

Azərbaycan Türkiyənin ən çox təbii qaz idxal etdiyi ikinci ölkə olub

Bu ilin sentyabr ayında Türkiyə Azərbaycandan 519 milyon kubmetr təbii qaz idxal edib.


Beləliklə də, sentyabrda Azərbaycan Türkiyənin ən çox təbii qaz idxal etdiyi ikinci ölkə olub.

Ucnoqta.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK) məlumat yayıb. ümumilikdə cari ilin yanvar-sentyabr aylarında isə Azərbaycandan Türkiyəyə təxminən 4,74 milyard kubmetr təbii qaz ixrac olunub. Cari ilin avqustunda isə Türkiyə Azərbaycandan 337,48 milyon kubmetr təbii qaz idxal etmişdi.

Sentyabrda Türkiyə boru kəmərləri ilə ümumilikdə 3 milyard 232 milyon kubmetr, LNG terminalları vasitəsilə isə 448 milyon kubmetr təbii qaz idxal edib. Türkiyənin sentyabrda ən çox təbii qaz idxal etdiyi ölkə 2,1 milyard kubmetr ilə Rusiya, ikinci sırada Azərbaycan (519 milyon kubmetr), üçüncü yerdə isə 518 milyon kubmetr ilə İran olub.

Qeyd edək ki, Türkiyə Azərbaycandan təbii qazı Cənubi Qafqaz Boru Kəməri (CQBK) (Bakı-Tbilisi-Ərzurum) ilə idxal edir. Cari ilin yanvar-sentyabr aylarında Cənubi Qafqaz Boru Kəmərinin gündəlik orta ötürücülük gücü təqribən 20,1 milyon kubmetr qaz olub. 2006-cı ilin sonlarında istismara verilən bu boru kəməri hazırda Azərbaycan, Gürcüstan və Türkiyəyə “Şahdəniz” qazını çatdırır. Kəmərin iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operatoru, SOCAR isə CQBK-nın biznes icrası üzrə məsul kommersiya operatorudur.

Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları belədir: BP (operator – 28,8 faiz), “AzCQBK” (10 faiz), “SNG Midstream” (6,7 faiz), “Petronas” (15,5 faiz), “LUKOIL” (10 faiz), “NICO” (10 faiz), və “TPAO” (19 faiz).

Tarix
27 Noyabr 2017 [15:03]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ