Bakıda avtomobil piyadanı vuraraq hadisə yerindən qaçıb

10:42 - 23 Noyabr 2017 - HADİSƏ

 Balaxanı qəsəbəsində yolu keçmək istəyən 1956-ci il təvəllüdlü Babayeva Rəfiqə Fərhad qızını minik avtomobili vurub

Bakıda ahıl qadını avtomobil vuraraq qaçıb. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib. Balaxanı qəsəbəsində yolu keçmək istəyən 1956-ci il təvəllüdlü Babayeva Rəfiqə Fərhad qızını minik avtomobili vurub. Yaralı ağır xəsarət alıb. 

Hadisəni törədən sürücü yaralıya kömək göstərmək əvəzinə, hadisə yerini avtomobili ilə birlikdə tərk edib. Yaralı təcili yardım avtomobili ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbər xətti