“Excelsior Hotel & Spa Baku” oteli oktyabr ayında birinci olub

“Excelsior Hotel & Spa Baku” oteli oktyabr ayında mətbuatda işıqlanan məlumatların sayına görə birinci olub. “Media Consulting & Services” şirkətinin apardığı araşdırmaya görə otelin fəaliyyəti ilə bağlı mətbuatda 141 məlumat işıqlanıb. 
"Media Consulting & Services" şirkəti 10 televiziya, 55 çap və 500 onlayn media daxil olmaqla 565 -dən çox mənbədə işıqlandırılan məlumatları say, xarakter və məzmun üzrə təhlil edərək, sektorlar üzrə şirkətlərin media reytinqini hesablayıb. 
“AtaHolding” Korporativ Kommunikasiyalar şöbəsinin rəisi Dilarə Zamanova qeyd edib ki, “Excelsior Hotel & Spa Baku” otelinin fəaliyyəti ilə bağlı oktyabr ayında mətbuatda 6 pres reliz işıqlanıb. Cari ilin noyabr ayında da turizm sahəsində təhsil alan tələbələr üçün “Turizm sektorunda PR-ın əhəmiyyəti” mövzusunda təlim, moda sevərlər üçün “Baku Fashion Club”ın növbəti tədbiri və digər maraqlı tədbirlər keçiriləcək. 
“Excelsior Hotel & Spa Baku” oteli 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. “Excelsior Hotel & Spa Baku” oteli 1 “İmperial” lüks, 2 “Royal” lüks, 4 “Crown” lüks, 45 “Heritage” deluks, 9 “Duke” kiçik otaqlar, iclas konfrans zalları və biznes mərkəzi, restoran və barlar, “Aura” sağlamlıq mərkəzindən ibarətdir.

Tarix
1 Noyabr 2017 [13:24]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin