Bakıda avtomobil qaçıran şəxslər Qubada tutulub

12:56 - 9 Sentyabr 2017 - HADİSƏ

Sentyabrın 2-də Bakı şəhər sakini Eldar Qurbanovun “VAZ-2107” markalı avtomobili Yasamal rayonu ərazisindən qaçırılıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Nazirliyin Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən qaçırılan avtomobilin Quba rayonunun Qırız Dəhnə kəndində olması müəyyən edilib. Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirlərilə hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Anar Musayev və Ağsu rayon sakini, əvvəllər məhkum olunmuş Sərxan Hüseynov tutulub və avtomobillə birgə Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə təhvil verilib.

Xəbər xətti