Neft ucuzlaşıb

09:53 - 19 İyul 2017 - İQTİSADİYYAT

Dünya birjalarında neft ucuzlaşıb. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,13 dollar və ya 0,28% azalaraq 46,27 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,13 dollar və ya 0,27% azalaraq 48,71 dollar olub.Apa

Xəbər xətti