Ana səhifə
21 Sentyabr 2018

Bakıda Formula 1 treki 4 günə tam hazır olacaq - FOTO

Bakıda Formula 1 treki 4 günə tam hazır olacaq. Ucnoqta.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin obyektlərin tikintisi üzrə meneceri Tom Butçer deyib. O qeyd edib ki, iyunun 19-u gecə saat 01:00-dan başlayaraq şəhərin mərkəzi küçələri yekun işlərin aparılması üçün bağlanacaq: "Narahatlığa görə şəhər sakinlərindən üzr istəyirik, lakin tədbirin keçirilməsi üçün bu işlərin görülməsi vacibdir. Biz şəhərdə nəqliyyatın hərəkətinə təsiri azaltmaq üçün zəruri olan hər şeyi edirik". T.Butçer əlavə edib ki, bu həftə Kanadadan Bakıya Formula 1 bolidləri üçün lazım olan dəniz yükləri çatdırılıb: “Növbəti 4 gün ərzində trek həm texniki, həm də dizayn baxımından yarışların keçirilməsinə tam hazır olacaq. Biz bu möhtəşəm ölkədə görüşü səbirsizliklə gözləyən turistləri qəbul etməyə hazırıq”.

Tarix
16 İyun 2017 [15:40]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin