Lənkəranda "Shacman" və "KamAZ " toqquşub

12:28 - 9 May 2017 - HADİSƏ

 Lənkəran rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Ələt-Astara avtomobil yolunun Lənkəran rayonunun Liman şəhərindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Shacman" və "KamAZ " markalı yük maşınları toqquşub. Nəticədə sürücülərdən biri, Separadi kənd sakini, 1969-cu il təvəllüdlü Mircavid Məmmədzadə ağır bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralı əməliyyata alınıb.  
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti