Bakı sakini özünü bıçaqlayıb

11:03 - 15 Aprel 2017 - HADİSƏ

Bakının Yasamal rayonunda intihar hadisəsi baş verib. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, Şərifzadə küçəsində yerləşən binaların birində yaşayan 1978-ci il təvəllüdlü Tahirov Zaur Rafiq oğlu mətbəx bıçağı ilə qarın nahiyəsinə bir neçə zərbə vurub. Xeyli qan itirən Z.Tahirov xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir. Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

Xəbər xətti