Nazir: “Bu ilin ilk ayında məşğulluq orqanlarının xətti ilə 17 410 nəfər iş yerləri ilə təmin olunub”

11:12 - 27 Fevral 2017 - İQTİSADİYYAT

“Bu ilin yanvar ayı ərzində məşğulluq orqanlarının xətti ilə 17 410 nəfər işsiz və işaxtaran şəxsin iş yerləri ilə təminatı həyata keçirilib”. Bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. O bildirib ki, bu il 103 nəfər işsiz və işaxtaran şəxs ailə təsərrüfatlarının qurulması üçün aktivlərlə təmin olunub: “Ümumilikdə, il ərzində əmək resurslarının səmərəli məşğulluğunun təmin edilməsi, aktiv əmək bazarı proqramlarının genişləndirilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, ümumən sosial sabitliyin təmin olunmasına yönələn tədbirlər davam etdiriləcək”.

Xəbər xətti