Türkmənistanda prezident seçkiləri keçirilir

10:41 - 12 Fevral 2017 - DÜNYA

 Türkmənistanda prezident seçkiləri üzrə səsvermə prosesinə start verilib. Bu barədə ölkənin Seçki və Referendumların Keçirilməsi üzrə Mərkəzi Komissiyasının məlumatında bildirilir.
Məlumata görə, Bakı vaxtı ilə 06:00-da respublika üzrə 2 min 578 seçki məntəqəsi açılıb. Daha 39 məntəqə ölkənin xarici ölkələrdəki diplomatik nümayəndəliklərində açılacaq.
Prezident postuna 9 nəfər iddia edir. Onlardan üç nəfəri müasir Türkmənistan tarixində ilk dəfə olaraq siyasi partiyalar tərəfindən irəli sürülüb.report

Xəbər xətti