Türkiyə Suriyada daha bir şəhid verdi: 5 yaralı

11:16 - 30 Dekabr 2016 - DÜNYA

 Suriyada Türkiyənin daha bir hərbçisi şəhid olub, 5-i yaralanıb. “Report” "Habertürk"ə istinadən xəbər verir ki, bu haqda Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, Əl-Bab ətrafında gedən döyüşlərdə Türkiyə ordusu terrorçu İŞİD qruplaşmasının 26 silahlısını məhv edib.
Türkiyə qırıcılarının havadan endirdikləri zərbələr nəticəsində İŞİD-in 17 istehkam və hədəfi dağıdılıb. 
İnformasiyaya əsasən, Rusiyaya aid döyüş təyyarələri də Əl-Babda ilk dəfə İŞİD-in mövqelərinə zərbə endirib. Məlumata görə, üç hava hərəkəti nəticəsində 12 terrorçu zərərsizləşdirilib.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyada həyata keçirdiyi “Fırat kalkanı” əməliyyatı bu il avqustun 24–də başlayıb. Ötən müddət ərzində Suriyada keçirilən anti-terror əməliyyat nəticəsində Türkiyənin 41 hərbçisi şəhid olub.

Xəbər xətti