FİFA futbolda yeni qayda tətbiq edəcək

11:59 - 26 Dekabr 2016 - İDMAN

 FİFA futbolda yeni qayda tətbiq etməyə hazırlaşır. "Report"un məlumatına görə, ali futbol qurumu komandaların heyətində yalnız kapitanların baş hakimlə danışmasına icazə verəcək qanun üzərində işləyir.
Bu barədə qurumun texniki məsələləri üzrə məsul şəxs - hollandiyalı sabiq futbolçu Marko van Basten açıqlama verib: "Matç zamanı xeyli sayda futbolçu hakimə etiraz edir. Bu addımla futbolçuların daha yaxşı hərəkət etmələrini təmin edəcəyik".

Xəbər xətti