İran “Airbus” şirkətindən 100 ədəd sərnişin təyyarəsi alacaq. Ucnoqta.az apa-ya istinadən xəbər verir ki, ilk təyyarələrin sifarişçiyə yanvarda göndəriləcəyi gözlənilir.
İranın yollar və şəhər inkişafı nazir müavini Aşqar Fəxri Kaşan müvafiq müqavilənin yaxın günlərdə imzalanacağı söyləyib: “Biz “Airbus”la razılığa gəldik və Tehranda yekun müqaviləni imzalamaq üçün istənilən gün toplana bilərik. Müqavilə bu gün və ya sabah imzalanacaq”.
”Airbus” şirkəti İrana 4 növ təyyarə göndərəcək: A320, A321, A330 və A350. A380 nəhəng sərnişin təyyarəsinin alınmasına dair razılıq isə yekun müqavilədən çıxarılıb.
Qeyd edək ki, İran ötən həftə “Boeing”lə 80 təyyarənin alınmasına dair razılaşma əldə edib. İlk təyyarələrin Donald Trampın inauqurasiyasından sonra İrana göndəriləcəyi gözlənilir.