“VAZ-2107” hasara çırpıldı: ölən var - Bakıda

11:44 - 19 Dekabr 2016 - HADİSƏ

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, dekabrın 19-da Nəsimi rayonu ərazisində Ağdam rayon sakini Elşən İsmayılov idarə etdiyi "VAZ-2107" markalı avtomobili yolun kənarındakı hasara vurub və o, hadisə yerində ölüb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər xətti