Nəqliyyat Nazirliyi və DYP əməkdaşları Beyləqanda birgə reyd keçirib - VİDEO

11:31 - 8 Dekabr 2016 - Cəmiyyət

Nəqliyyat Nazirliyinin (NN) Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) və Yol Patrul Xidmətinin (YPX) əməkdaşları Beyləqan rayonunda qaydaları pozan sürücülərə qarşı birgə reyd keçirib. 

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, şəhərdaxili küçələrdə postlar qurulub, yükdaşıma və sərnişindaşıma qaydalarını pozan sürücülər müəyyənləşdirilib.
DANX-ın Beyləqan rayon regional şöbəsinin məsləhətçisi Sənan Quliyev bildirib ki, reyd zamanı 50-dən çox sürücünün qaydaları pozması aşkar edilib: "Qayda pozan sürücülər barəsində müaviq tədbirlər görülüb. Reyd zamanı fərqlənmə nişanı olmadan taksi fəaliyyəti ilə məşğul olan, avtomobilin üst hissəsinə qanunsuz olaraq yük yeri bağlayan, sərnişindaşıma və yük daşıma qaydalarını pozan sürücülər aşkarlanıb". 
S.Quliyev, həmçinin əlavə edib ki, reyd zamanı müfəttişləri təhqir edən, onların qanuni tələblərinə riayət etməyən və tabe olmayan sürücülərə də rast gəlinib.

 

Xəbər xətti