Zaqatala sakini meşədə müəmmalı şəkildə ölüb

12:54 - 5 Noyabr 2016 - MAQAZİN

Zaqatala rayon sakini meşədə müəmmalı şəkildə ölüb. "Report"un məlumatına görə, rayonun Əliabad qəsəbə sakini 38 yaşlı Cəbrayıl Cəbrayılov noyabr ayının 4-ü meşəyə odun toplamaq üçün gedib və geri qayıtmayıb.
C.Cəbrayılovun yaxınlarının həmin gün axşam olan axtarışları nəticə verməyib. Noyabr ayının 5-i səhər mərhumun qohumları və kənd sakinləri onun meyitini meşənin dərinliklərindən tapıblar.

Mərhumun qohumu Əhmədiyyə Musayev "Report"a məlumat verib ki, C.Cəbrayılovu və atını meşədə ölü vəziyyətdə tapıblar: "O, üzü aşağı yıxılaraq dünyasını dəyişib. Onun nədən öldüyü hələ dəqiq bilinmir, ehtimal olunur ki, ehtiyatsızlıqdan xəsarət alıb və dünyasını dəyişib. Çünki o, geri qayıdarkən meşənin bataqlıq hissəsində araba bir neçə dəfə batıb".
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti