Turistlər üçün ən təhlükəsiz ölkələrin adları açıqlanıb

10:47 - 14 Oktyabr 2016 - Cəmiyyət

Finlandiya turistlər üçün ən təhlükəsiz ölkə elan olunub. “Report” “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ümumdünya iqtisadi forumu ekspertlərinin səyahət və turizm sahəsində rəqabətlilik üzrə hazırladıqları sənəddə deyilir.

İki ildən bir tərtib olunan reytinq ölkədə baş verən cinayət sayını, o cümlədən zorlama, terror təhlükəsi, həmçinin yerli polis əməkdaşlarının təmin etdiyi təhlükəsizliyi nəzərə alır.

Təhlükəli Yaxın Şərq ərazisində yerləşməsinə baxmayaraq siyahıda ikinci yerdə Qətər, üçüncü yerdə Birləşmiş Ərəb Əmirlikləri yerləşir. İlk onluqda digər yerləri İslandiya, Avstriya, Lüksemburq, Yeni Zelandiya, Sinqapur, Oman və Portuqaliya tutur.

Xəbər xətti