Yuri Uşakov: "Rusiyanın yaxın gələcəkdə Qarabağ münaqişəsinin həlli ilə bağlı nikbinliyi yoxdur"

17:26 - 13 Oktyabr 2016 - Xəbər

 Moskva Dağlıq Qarabağ münaqişəsinin yaxın gələcəkdə həll oluna biləcəyini düşünmür, amma mübahisənin sona çatdırılması üçün səylərini əsirgəməyəcək.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
"Dağlıq Qarabağ münaqişəsinin yaxın gələcəkdə həll oluna biləcəyi məsələsində böyük nikbinlik olduğunu deməzdim. Ancaq biz tərəfdaşlarımızla əməkdaşlıq şəklində Bakı və Yerevanla işləməyə davam edəcəyik", - deyə Y.Uşakov vurğulayıb.

Xəbər xətti