Bakıda polis xidməti tapançasından açılan atəş nəticəsində yaralanıb

16:29 - 13 Oktyabr 2016 - Xəbər

 Bakıda polis ehtiyatsızlıqdan xidməti tapançasından açılan atəş nəticəsində yaralanıb.
"Report"un əldə etdiyi məlumata görə, hadisə Suraxanı rayonu ərazisində qeydə alınıb.
Belə ki, 1981-ci il təvəllüdlü Maqsud Mehdiyev xidməti tapançasından açılan atəş nəticəsində sağ ayağından xəsarət alıb.
Yaralı 1 saylı Şəhər Tibbi Kliniki Mərkəzə yerləşdirilib. M.Mehdiyev ayaq nahiyəsindən əməliyyat olunub. Hazırda onun vəziyyəti qənaətbəxşdir.
Qeyd edək ki, M.Mehdiyev Bakıdakı polis idarələrindən birində çalışır.

Xəbər xətti