İki rayonun yol polisi rəisi dəyişdirildi

12:16 - 12 Oktyabr 2016 - Xəbər

Bakının iki rayonunun yol polis rəisi dəyişdirilib. Lent.az-ın məlumatına görə, Xətai rayon Dövlət Yol Polisi şöbəsinin rəisi Vüqar Hüseynov və Binəqədi rayon Dövlət Yol Polisi şöbəsinin rəisi Cavanşir Ələkbərov vəzifədən azad edilib. V.Hüseynov Binəqədiyə, C.Ələkbərov isə Xətai rayonuna eyni vəzifəyə təyin edilib.

Xəbər xətti