DİN başçısının müavini: "Rusiyada azərbaycanlı miqrantlarla bağlı heç bir problem yoxdur"

11:39 - 12 Oktyabr 2016 - Xəbər

"Bu gün ümumilikdə Azərbaycan Respublikası, o cümlədən miqrasiya məsələlərinə nəzarət edən bölmələr işləmək və istirahət etmək məqsədilə Rusiyaya gələn Azərbaycan vətəndaşları ilə münasibətlərdə heç bir problem görmürük".

Bunu Rusiya daxili işlər nazirinin birinci müavini Aleksandr Qorovoy Bakıda keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrinin miqrasiya orqanlarının rəhbərləri Şurasının 19-cu iclası çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

"MDB-nin yaradılmasından keçən 20 ildən artıq müddətdə ölkələr arasında mədəni, dost, ailəvi anlaşma formalaşıb", - deyə A.Qorovoy bildirib.

O, iki ölkənin miqrasiya xidmətlərinin qarşılıqlı əlaqə səviyyəsindən məmnunluğunu ifadə edib.

Xəbər xətti