Pakistan baş nazirinin Azərbaycana səfəri zamanı birgə bəyannamə imzalanacaq

14:50 - 11 Oktyabr 2016 - Xəbər

 Pakistanın Baş naziri Navaz Şərifin Azərbaycana səfərinin proqramı açıqlanıb. "Report" Pakistan KİV-inə istinadən xəbər verir ki, N.Şərif Bakıya oktyabrın 13-də gələcək.
Üçgünlük səfər zamanı Baş nazir Navaz Şərifin Azərbaycan Prezidenti İlham Əliyev, eləcə də Baş nazir Artur Rasi-zadə ilə görüşəcəyi nəzərdə tutulub.
Görüşlər zamanı ikitərəfli münasibətlər, o cümlədən ticarət əlaqələrinin inkişafı, investisiya qoyuluşu imkanları, eləcə də regional və beynəlxalq məsələlər müzakirə olunacaq. Səfəri zamanı birgə bəyannamənin imzalanacağı gözlənilir.

Xəbər xətti