Sərhəddə qanunsuz mobil telefonlar aşkarlanıb

13:59 - 11 Oktyabr 2016 - Xəbər

 Rusiya istiqamətindən Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal piyada keçid xəttinə daxil olan Azərbaycan vətəndaşının üzərində gömrük yoxlaması aparılıb. DGK-nın mətbuat xidmətindən verilən məlumata görə, yoxlama zamanı həmin şəxsin əynindəki pencəyin ciblərindən 8 ədəd Samsung Galaxy Grand Prime” markalı mobil telefon, 8 ədəd qidalandırıcı element və 8 ədəd adapter başlığı aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti