Müəllimlər günündə müəllimi maşın vurdu - Xaçmazda

12:17 - 5 Oktyabr 2016 - HADİSƏ

Xaçmazda yol-nəqliyyat hadisəsi baş verib. Ucnoqta.az apa-ya istinadən xəbər verir ki, Xaçmaz şəhəri Çingiz Abdullayev adına 2 saylı orta məktəbin Azərbaycan dili müəllimi, 1959-cu il təvəllüdlü Sultanova Zemfira Məmməd qızı “Opel-Astra” markalı avtomobillə vurulub. Ona sol yuxarı ətrafın qapalı sınığı, döş qəfəsinin yumşaq toxumalarının əzilməsi diaqnozu qoyulub.

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Xəbər xətti